Türkiyə və Ermənistan rəsmiləri birgə nahar etdilər

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə və Ermənistan rəsmiləri birgə nahar etdilər

Rəsmi

01 Dekabr 2022 12:34 892


Ermənistan Xarici İşlər Nazirliyi Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalının noyabrın əvvəlində sərhəddə Ermənistan-Türkiyə texniki nümayəndə heyətlərinin görüşünün keçirilməsi barədə bəyanatını şərh edib.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan deyib ki, noyabrın əvvəlində Ermənistan Milli Məclisinin vitse-spikeri Ruben Rubinyan bu görüş barədə məlumatı açıqlayıb.

O, həmçinin, iyulun 1-də əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün Ermənistan-Türkiyə münasibətlərinin xüsusi nümayəndələri, müvafiq idarələrin iştirakı ilə keçirilən görüşdə Ermənistan tərəfinin də iştirak etdiyini bildirib. pizza mizza

“Görüş zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı texniki məsələlər müzakirə olunub. Müzakirələr davam edəcək”, – Hunanyan bildirib.

Xatırladaq ki, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib ki, iki ölkə nümayəndələri sərhədin hər iki tərəfində olub, hətta Ermənistan ərazisində nahar ediblər.

“Sərhədlərin açılması, körpünün təmiri, sərhəd nəzarəti, buraxılış məntəqələri ilə bağlı məsələlərlə əlaqədar görüləcək işlər müzakirə olunub. Bu mənada prosesdə müsbət dönüş olduğunu deyə bilərik”, - Kalın söyləyib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!