Türkiyə və Ermənistan rəsmiləri sərhəddə görüşdülər

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə və Ermənistan rəsmiləri sərhəddə görüşdülər

Dünya

28 Noyabr 2025 20:10 660


Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələrin görüşləri zamanı əldə edilən razılaşmaların bir hissəsi olaraq, iki ölkənin müvafiq nazirliklərinin nümayəndələri 28 noyabr 2025-ci il tarixində Türkiyə ilə Ermənistan arasındakı Akyaka-Ahurik sərhəd keçid məntəqəsində və Ermənistanın Gümrü şəhərində görüşüblər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı Qars-Gümrü dəmir yolunda daşımaların bərpası və bu istiqamətdəki texniki məsələlər müzakirə olunub. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!