Türkiyə XİN-dən növbəti açıqlama: “Ermənistan atəşkəs dilini anlamadığını…”

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə XİN-dən növbəti açıqlama: “Ermənistan atəşkəs dilini anlamadığını…”

Siyasət

11 Oktyabr 2020 15:12 1467


"Ermənistanın humanitar atəşkəsi pozaraq bu gün səhər Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə etdiyi raket hücumunu qətiyyətlə pisləyirik”.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

“Döyüş bölgəsindən 100 km məsafədəki Gəncədə bir yaşayış binasına tuş gələrək 9 mülki şəxsin ölümünə, 39 nəfərin yaralanmasına səbəb olan bu hücum Ermənistan rəhbərliyinin münaqişəni işğal altındakı Azərbaycan ərazilərinin xaricinə yayma məqsədinə yönəlmiş təxribatların yeni bir nümunəsidir. Bu hücum eyni zamanda Ermənistanın atəşkəs dilini anlamadığını göstərir. Ermənistanın bu aqressiyası həmişəki işğalçı və təcavüzkar zehniyyətinin təzahürüdür. Beynəlxalq ictimaiyyət bu hüquq tanımazlığa artıq dayan deməlidir. Hücum nəticəsində şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa, Can Azərbaycana başsağlığı diləyirik. Türkiyə həmişəki kimi Azərbaycanın yanındadır”, - açıqlamada vurğulanıb. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!