Türkiyə XİN: İsrail müharibəni uzatmağa çalışır

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə XİN: İsrail müharibəni uzatmağa çalışır

Siyasət

09 Sentyabr 2025 20:47 250


İsrail müharibəni uzatmağa çalışır.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin İsrailin Qətərə hücumu barədə yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, atəşkəs müzakirələri davam edərkən HƏMAS heyətinin hədəf alınması İsrailin sülh üçün çalışmadığını, savaşı uzatmağa səy göstərdiyini göstərir: "Bu hücum nəticəsində İsrailin regionda hədəf aldığı ölkələr sırasına atəşkəs müzakirələrinə vasitəçilik edən Qətər də daxil oldu". pizza hut

Türkiyə XİN Qətəri dəstəklədiyini və hücumu pislədiyini bildirib.

Xatırladaq ki, bu gün İsrail Dohada HƏMAS-ın yüksək vəzifəli rəhbərlərinin öldürülməsi ilə bağlı əməliyyat həyata keçirib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!