Türkiyə Xarici İşlər Nazirliyi Benyamin Netanyahunun bəyanatına münasibət bildirib.
Yenisabah.az xəbər verir ki, bəyanatda Netanyahunun 1915-ci il hadisələri ilə bağlı sözləri “keçmiş ağrılı hadisələrdən siyasi motivlərlə istifadə etmək cəhdi” kimi qiymətləndirilib.
İsrailin baş nazirinin Fələstin xalqına qarşı törədilmiş soyqırımdakı roluna görə pisləndiyi, özünün və hökumətinin törətdiyi cinayətləri ört-basdır etməyə çalışdığı vurğulanıb: Pepperoni pizza
“Tarixi və hüquqi faktlarla bir araya sığmayan bu bəyanatı qınayır və rədd edirik”.
Xatırladaq ki, İsrail baş naziri Benyamin Netanyahu "erməni soyqırımı"nı tanıdığını bildirib.
Telegram kanalımız