Türkiyə xüsusi təyinatlıları təhlükəli terrorçunu məhv etdi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə xüsusi təyinatlıları təhlükəli terrorçunu məhv etdi

Rəsmi

27 Mart 2021 21:46 959


Türkiyənin xüsusi xidmət orqanları İraqın şimalında keçirdiyi əməliyyat zamanı təhlükəli terrorçunu zərərsizləşdirib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Türkiyənin təhlükəsizlik xidmətlərindəki mənbələrin məlumatına görə, Metin ərazisində keçirilən əməliyyat zamanı PKK-nın üç silahlısı məhv edilib. Onlar arasında həmçinin "Karker Kürecik" ləqəbli xüsusi təhlükəli terrorçu Hüseyn İnal da olub. Marqarita pizza

İnal PKK-nın Yunanıstandakı "Lavrion" düşərgəsində terror hazırlığı keçib, sonra üç il ərzində İraqda Türkiyəyə qarşı pozuculuq fəaliyyəti ilə məşğul olub, o cümlədən terror aktı hazırlayıb.

Hüseyn İnal fevralın sonunda Türkiyədə terror aktlarının mövzusunu müzakirə etmiş terrorçuların yığıncağında iştirak məqsədi ilə İraqa gəlib və orada da məhv edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!