Türkiyədə 10 dəqiqədə 2 zəlzələ oldu

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə 10 dəqiqədə 2 zəlzələ oldu

Rəsmi

31 Avqust 2022 16:35 1034


Türkiyədə zəlzələ baş verib.

Yenisabah.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, zəlzələ Egey dənizində, Aydının Kuşadası rayonu sahillərində qeydə alınıb.

Təkanlar 5,1 bal gücündə olub. Bundan 10 dəqiqə əvvəl isə 4,7 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar bir çox şəhərlərdə hiss olunub. Sezar pizza

Dəniz səthinin 7,03 kilometr dərinliyində baş verən zəlzələnin episentrinin Aydının Kuşadası rayonundan 18,34 kilometr aralıda olduğu müəyyən edilib. Zəlzələdən sonra heç bir mənfi xəbər alınmadığı və hadisələrin nəzarətdə olduğu açıqlanıb.

Buna baxmayaraq, zəlzələni evlərində və ya iş yerlərində hiss edənlər təşviş içində küçələrə qaçıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!