Türkiyədə 100-dən çox deputat xəstəxanaya yerləşdirildi - Nə baş verir?

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə 100-dən çox deputat xəstəxanaya yerləşdirildi - Nə baş verir?

Dünya

04 İyul 2025 22:59 3100


Türkiyə Böyük Millət Məclisində (TBMM) son 2 gündə 100-dən çox millət vəkili və parlament əməkdaşı ishal, qusma və ağır halsızlıq şikayətləri ilə Parlament Xəstəxanasına müraciət edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin "Haberler.com" saytı məlumat dərc edib.

Bildirilir ki, parlament şəhərciyində çoxlu növbətçi personal və bəzi millət vəkilləri oxşar simptomlarla xəstəxanaya göndərilib. Marqarita pizza

Zəhərlənmədə şübhəli bilinənlər arasında Yeniyol Partiyası Dənizli Millət vəkili Səma İpək Ün də var. Deputat yerli KİV-ə açıqlamasında, "Səhərdən bəri aramsız qusuram. Çöldən heç nə yeməmişəm, TBMM bufetindən başqa yerdə yemək yeməmişəm" deyib.

TBMM Dəstək Xidmətləri Başçılığı səlahiyyətliləri mövzu ilə bağlı məlumat verərək, Məclis yeməkxanasından götürülən nümunələrin analiz edildiyini və zəhərlənmə əlamətinin aşkar edilmədiyini bildiriblər.

Fakt araşdırılır./Bakupost.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!