Türkiyədə 1,5 metr qar yağdı: Həyat iflic oldu   - Video

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə 1,5 metr qar yağdı: Həyat iflic oldu - Video

Rəsmi

26 Yanvar 2022 09:11 978


Türkiyənin Kastamonu vilayətinin Kürə rayonunda yağan güclü qar həyatı iflic edib.

Yenisabah.az xəbər verir ki, avtomobillər iki metrə yaxınlaşan qarın altında qalıb.

Rayon mərkəzində 1,5 metri keçən qarın qalınlığı kəndlərdə iki metrə çatıb. pizza hut

Vətəndaşlar evlərin damında və nəqliyyat vasitələrinin yerləşdiyi ərazilərdə qar təmizləmə işləri aparır.

Sürücülər avtomobillərini qar altında tapmaq üçün xeyli vaxt sərf edirlər.

Fatih Ahmet Sunar üç ildir Kürə rayonunda yaşadığını və indiyədək belə qar yağmasını görmədiyini deyir:

"Güclü qara görə bir həftədir avtomobilimi istifadə edə bilmirəm. Maşını üçüncü cəhdimdə tapdım. Birincidə boş yeri qazmışdım. İkinci dəfə başqa bir maşın tapdım, ondan sonra isə öz avtomobilimi”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!