Türkiyədə 343 nəfər saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə 343 nəfər saxlanılıb

Dünya

23 Mart 2025 09:31 263


Türkiyənin daxili işlər naziri Ali Yerlikaya vətəndaşları ölkədə ictimai asayişi pozan hərəkətlərdən çəkinməyə çağırıb.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir son günlər 9 vilayətdə keçirilmiş icazəsiz aksiyalarla əlaqədar ümumilikdə 343 nəfərin saxlanıldığını bildirib.

"Prokurorluq orqanlarının İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı apardığı araşdırmalarla bağlı keçirilən aksiyalar gecə saatlarında Ankara, İstanbul, İzmir, Antalya, Eskişehir və digər şəhərləri əhatə edib. Türkiyədə sabitlik və təhlükəsizliyi pozmağa cəhd göstərən şəxslərin təxribatlarının qarşısı qətiyyətlə alınacaq. Polis fasiləsiz rejimdə öz vəzifələrini yerinə yetirməyə davam edir", - deyə nazir qeyd edib. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!