Türkiyədə 4 güləşçi dağıntılar altında qalaraq öldü

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə 4 güləşçi dağıntılar altında qalaraq öldü

İdman

09 Fevral 2023 12:44 866


Qardaş ölkə Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 4 güləşçi həyatını itirib. 

Yenisabah.az Türkiyə Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, Kahramanmaraşda idmançıların qaldığı binanın çökməsi səbəbindən 4 güləşçi vəfat edib. Onların cansız bədənləri tapılıb. Dünyasını dəyişənlər Bunlar Ahmet Taş, Mehmet Eskisarılı, Ali Gürsoy və Aslan Ekizdir. 

8 güləşçi dağıntılar altından sağ çıxarılıb. Daha 4 güləşçi ilə bağlı hələlik məlumat yoxdur. Onların tapılması üçün axtarış- xilasetmə işləri davam etdirilir.  Dominos pizza

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Son məlumatlara görə, fəlakət nəticəsində 12 873 nəfər həyatını itirib 62 937 nəfər yaralanıb. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!