Türkiyədə açıq havada da maska taxılacaq.
Yenisabah.az “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Koronavirus Elmi Komitəsinin tövsiyəsinə və Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatlarına uyğun olaraq, Daxili İşlər Nazirliyi 81 vilayət rəhbərliyinə “COVID- 19 Tədbirləri" mövzusunda göndərdiyi təlimatda bildirilib.
Təlimata görə, Türkiyədə vətəndaşlar yaşayış məskənləri istisna olmaqla, ölkənin hər yerində (küçələr, parklar, çimərliklər, ictimai nəqliyyat vasitələri, iş yerləri və s.) maska taxmalı olacaq. Dominos pizza
Təlimatda yer alan yeni qaydalardan biri də mikroavtobuslarda sərnişinlərin ayaqüstə daşınmasına icazə verilməməsidir.
Telegram kanalımız