Türkiyədə AKP-nin tədbirində silahlı hücum oldu, xəsarət alan var

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə AKP-nin tədbirində silahlı hücum oldu, xəsarət alan var

Hadisə

10 Fevral 2024 19:57 571


Türkiyədə AKP-nin seçki ilə bağlı tədbirində silahlı hücum olub, xəsarət alan var.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya “X”dəki hesabında yazıb.

Nazir qeyd edib ki, saat 16.30 radələrində İstanbul şəhərinin Küçükçekmece rayonunda AKP-nin bələdiyyə sədrliyinə iddialısı Əziz Yeniayın namizəd irəli sürdüyü tədbirdə tüfəng və tapançadan atəş açılıb. Dördpendirli pizza

Hücum zamanı E.G.D adlı qadın yaralanıb. Hadisə ilə bağlı istintaq başladılıb.

“Xəsarət alan vətəndaşımıza tezliklə şəfa diləyirəm. Seçki prosesinə və demokratiyamıza qarşı belə iyrənc hücumları qətiyyətlə pisləyirəm”, - nazir qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!