Türkiyədə ard-arda bir neçə zəlzələ oldu 

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə ard-arda bir neçə zəlzələ oldu 

Maraqlı

17 Fevral 2023 09:05 806


Fevralın 17-də Bakı vaxtı ilə saat 03:11-dən 04:49-dək Türkiyənin Malatya, Elazığ və Kahramanmaraş şəhərlərində zəlzələ olub. 

Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 

Bildirilib ki, maqnitudası 4-4.8 diapazonunda dəyişən zəlzələlərin ən güclüsü Elazığın Karakoçan rayonunda baş verib. Belə ki, ocağı 11,78 km dərinlikdə qeydə alınan yeraltı təkanlar Bakı vaxtı ilə saat 04:35-də meydana gəlib.  Marqarita pizza

Eyni zamanda, fevralın 6-da fəlakətə yol açan zəlzələ ilə gündəmə gələn Kahramanmaraşın Pazarcık rayonunda da titrəmələr olub. Bakı vaxtı ilə 04:49-da qeydə alınan zəlzələnin ocağı 6,6 km dərinlikdə olub. 

Dağıntılar və tələfat barədə məlumat verilməyib. 

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!