Türkiyənin Muğla vilayətində iki dəfə zəlzələ qeydə alınıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
Qeyd edilir ki, yeraltı təkanlar Ula rayonunda 3,9 və 3.8 bal gücündə qeydə alınıb. Məlumata görə, birinci zəlzələ yerli vaxtla saat 06:14-də baş verib. Saat 06:16-da isə 3,8 bal gücündə ikinci zəlzələ qeydə alınıb. pizza
Zəlzələ hiss edilib. Təbii hadisə hər hansı tələfata və ya insan itkisinə səbəb olmayıb.
Telegram kanalımız