Türkiyədə avtobus qəzasında 14 azərbaycanlı xəsarət alıb

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə avtobus qəzasında 14 azərbaycanlı xəsarət alıb

Hadisə

19 Dekabr 2021 14:06 827


“Dekabrın 18-də axşam radələrində Türkiyənin İqdır şəhərindən İstanbul şəhərinə hərəkət edən sərnişin avtobusu qarlı hava şəraiti ilə əlaqədar Qarsın Sarıqamış qəsəbəsində qəzaya uğrayıb. Həmin avtobusda 21 Azərbaycan vətəndaşı olub”.

Yenisabah.az xəbər verir ki, bunu APA-nın Türkiyə bürosuna Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev bildirib.

N.Quliyev deyib ki, qəzada Naxçıvan Muxtar Respublikasının Şəruru rayon sakini 2002-ci il təvəllüdlü Qəmər Niyazova və 1961-ci il təvəllüdlü Fazilə İsmayılova vəfat edib: “Vəfat edənlərlə bağlı hüquqi prosedurlar başa çatdıqdan sonra cənazələr Naxçıvana göndəriləcək”. Toyuqlu pizza

Baş konsul deyib ki, avtobusda olan 21 Azərbaycan vətəndaşından 14-ü xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır: “Xəsarət alanlardan 13-ü tibbi yardım aldıqdan sonra evlərinə buraxılıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!