Türkiyədə avtobus qəzasında 9 nəfər ölüb, 30 nəfər yaralanıb

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə avtobus qəzasında 9 nəfər ölüb, 30 nəfər yaralanıb

Hadisə

16 Yanvar 2024 09:12 368


Türkiyənin Aydıncık bölgəsində (Mersin vilayəti) avtobusun qəzaya uğraması nəticəsində azı 9 nəfər ölüb, 30 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Antalyadan Mersinə gedən avtobus maneəyə çırpılıb, daha sonra aşıb. pizza mizza

Yaralılar hadisə yerinə cəlb edilən təcili yardım avtomobilləri ilə Aydıncık, Anamur və Silifke xəstəxanalarına aparılıblar. Polis və jandarma qrupları da bölgədə təhlükəsizlik tədbirləri görüb.

Qəzanın səbəbi hələlik məlum deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!