Türkiyədə Azərbaycan vətəndaşı ölü tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə Azərbaycan vətəndaşı ölü tapıldı

Hadisə

28 Avqust 2024 00:37 627


Azərbaycan vətəndaşı Mahir Məmmədov Türkiyənin Aydın şəhərinin Kuşadası kurort bölgəsində yerləşən bir mehmanxanada ölü tapılıb.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Türkiye" qəzeti məlumat yayıb.

"Türkiyənin Aydın şəhərinin Kuşadası bölgəsində 50 yaşlı Mahir Məmmədov mehmanxana otağında ölü tapılıb. Məmmədovun ölüm səbəbi ekspertizadan sonra məlum olacaq", - nəşr qeyd edib. Sezar pizza

Hadisə avqustun 27-də günorta saatlarında beşulduzlu hoteldə baş verib.

Bildirilir ki, Mahir Məmmədov üç gün əvvəl həyat yoldaşı Kəmalə Məmmədova və oğlu ilə birlikdə Kuşadasına məzuniyyətə gəlib.

Nəşrin məlumatına görə, çərşənbə axşamı səhər yeməyindən sonra Məmmədov ailəsi ilə birlikdə dincəlmək üçün öz otağına gedib. Bir müddət sonra həyat yoldaşı və oğlu gəzintiyə çıxıblar və geri qayıdanda Məmmədovu yerdə hərəkətsiz vəziyyətdə görüblər.

"Hadisə barədə xəbər alındıqdan sonra mehmanxanaya təcili tibbi yardım və polis briqadaları göndərilib. Həkimlərin apardığı müayinə zamanı Məmmədovun öldüyü müəyyən edilib", - deyə qəzet yazıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!