Türkiyədə azərbaycanlı qadınları kim satıb?   - Məhkəmə  

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə azərbaycanlı qadınları kim satıb? - Məhkəmə  

Kriminal

19 May 2020 10:43 1038


Insan alverində təqsirli bilinən Lətifə Ağayevanın cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (insan alveri, eyni əməllər təkrar törədilikdə) və 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə) maddələri ilə ittiham edilən L.Ağayevanın məhkəmə prosesinə hakim Azər Paşayev sədrlik edəcək. 

İttihama görə, Lətifə Ağayeva Azərbaycan vətəndaşı olan 4 qadını- O.Ə.Məmmədovanı, F.O.İmamquliyevanı, A.M.Paşayevanı və X.E.Omarovanı Türkiyəyə aparıb və orada cinsi istismara məruz qoyub.  Pepperoni pizza

Lətifə Ağayeva İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. 

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!