Türkiyədə uzun müddət azərbaycanlı xanım Aytac Abdullayeva işgəncələrə məruz qalıb.
“Yeni Sabah” xəbər verir ki, bu haqda Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli məlumat verib.
O, bildirib ki, Türkiyənin İstanbul şəhərində yaşayan Azırbaycan vətəndaşı Aytac 12 yaşında özündən 16 yaş böyük Türkiyə vətəndaşı Mustafa Aksoy tərəfindən təcavüzə məruz qalıb. Hazırda Aytacın 27 yaşı var və 5 uşaq anasıdır. pizza
“Həyat yoldaşı tərəfindən ağılasığmaz işgəncələrə məruz qalan, şiddət görən, dəfələrlə uşaqlarından ayrı qalacağı ilə hədələnən və bu yolla susdurulan Aytac xanımın yaşadıqları insanı dəhşətə gətirir.
Mən Mustafa Aksoy adlı məxluqun iyrənc əməllərinin detallarını açıqlamaq istəmirəm, ayıbdır və həqiqətən də ar edirəm. Beş uşaq anası Aytac xanım əri tərəfindən küçəyə atılıb. Bir Azərbaycan xanımı dəfələrlə zorlanma hadisəsi ilə üzləşib, dəfələrlə hədələnib, işgəncələrə məruz qalıb.
Aytac bu gündən etibarən mənim himayəmdədir. Mən artıq hüquqi işləmləri başlatmışam. Sonuna qədər Aytac xanıma sahib çıxacam, dəstək olacam. Və bilinsin ki, Aytac xanımın timsalında Türkiyədə əzilən hər kəsə mütləq və mütləq sahib çıxacam! Sonuna qədər xalqımın, sevdiyim, çox sevdiyim millətimin yanında olacam. Aytac xanımın timsalında əzilən və əziyət görən vətəndaşlarımıza hüquqi müstəvidə əlimdən gələni əsirgəməyəcəm”.
Telegram kanalımız