Türkiyədə baş verən yanğında ölənlərin sayı 79-a çatdı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə baş verən yanğında ölənlərin sayı 79-a çatdı

Hadisə

22 Yanvar 2025 21:22 172


Türkiyədə Kartalkaya dağ-xizək kurortunda baş verən yanğın nəticəsində ölənlərin sayı 79-a çatıb.

Yenisabah.az xəbər verir ki, bu barədə yerli prokurorluq məlumat yayıb.

“DNT testlərindən sonra yanğında ölənlərin sayı 79-a çatıb”, - kurortun yerləşdiyi Bolu vilayətinin prokurorluğundan bildirilib. pizza hut

Bundan əvvəl 76 nəfərin öldüyü deyilirdi. Türkiyə Səhiyyə Nazirliyi yanğın zamanı xəsarət alan 51 nəfərdən 39-nun xəstəxanalardan evə buraxıldığını, 12 nəfərin müalicəsinin davam etdiyini açıqlayb.

Xatırladaq ki, Kartalkaya istirahət mərkəzində yanğın yanvarın 21-nə keçən gecə baş verib. Yanğın zamanı hoteldə ümumilikdə 238 qonaq olub. Türkiyədə yanvarın 22-si milli matəm günü elan edilib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!