Türkiyədə baş vermiş dəhşətli olayın detalları üzə çıxıb.
Belə ki, 52 yaşlı manyak azyaşlı uşaqların cinsi orqanını qoparıb. Ankarada küçədə oynayan 4 uşağa yaxınlaşan Evren Demirci adlı şəxs uşaqları zirzəmiyə apararaq sünnət olub-olmadıqlarını soruşub. 4 uşaqdan 3-ü qaçmağı bacarsa da, Human adlı uşaq qaça bilməyib. Manyak azyaşlının cinsi orqanını dişləyib. 46 gün xəstəxanada müalicə alan uşağın əzasını yerinə tikmək mümkün olmayıb.
Yenisabah.az qandonduran hadisənin təfərrüatları təqdim edir: Dominos pizza
Ankarada baş verən dəhşətli hadisədən sonra zərərçəkmiş uşaq və ailəsi danışıb. 9 yaşlı Human o anları təsvir etməkdə çətinlik çəkib:
"Köməyə getdik. Məndən soruşdu ki, sünnət olmusan? Bəli dedim. Dostlarım kənara qaçdılar, mən də orada idim. Digər dostlarım da yuxarı qaçdılar. Sonra məni içəri apardı və məni dişlədi. Qaçmaq istədim, bacarmadım”.
Dəhşətli hadisədən sonra təcili tibbi yardım göndərilib. Müayinədən sonra uşağın cinsiyyət orqanı tapılıb və uşaq xəstəxanaya aparılıb. 46 gün xəstəxanada qalan Human 48 saat əməliyyat olunub. Lakin əməliyyatdan istənilən nəticə alınmayıb və qoparılmış üzvü yerinə tikmək mümkün olmayıb.
Uşağın ailəsi manyak Evren Dəmirçinin daha əvvəl də uşaqlara cinsi təcavüz etdiyini bildirib.
TV100-ə danışan ailə uşağın əməliyyat xərcləri üçün səlahiyyətlilərdən kömək gözlədiyini deyib.
Humanın anası üsyan edərək "Bir aydır yemək yeyə bilmirəm. Bu uşağın taleyi necə olacaq? Biz bütün səlahiyyətlilərimizdən kömək gözləyirik. Uşağımı görəndə dözə bilmirəm” -, deyə bildirib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız