Türkiyədə başqa seriala da çəkilirəm -   “Fəlakət”

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə başqa seriala da çəkilirəm - “Fəlakət”

Şou

14 Fevral 2024 13:38 910


Aktyor Elşən Orucov kult.az saytına müsahibə verib. 

Həmin müsahibəni təqdim edir: 

- Elşən bəy, necə oldu ki, Türkiyədə “Mən bu cahana sığmazam” serialının çəkilişinə getdiniz? Özünüz müraciət eləmişdiniz, ya sizi tanıyırdılar, dəvət elədilər? pizza mizza

- Ozan abi ilə yaxşı münasibətimiz var. Onun sayəsində də Oqtay Kaynarcanı və rejissor Mustafa Şövqü Doğanı tanıdım.

- Yəni belə çıxır ki, tanışlığa görə çağırdılar?

- Yox. Əvvəllər bir-iki dəfə çəkilişlərə getmişliyim olmuşdu, sonra da özləri bəyəndilər, təklif elədilər. Amma Ozan Ağbabanın bu təklifdə rolu danılmazdır.

- Necə düşünürsünüz, bu sizə nə cür təsir edəcək? Fəlakət obrazından birdən-birə çıxa biləcəksiniz?

- Mənim üçün bu, yenilikdir. Özümü burada da sınayıram. Nəticəsi isə sonda müəyyən olacaq, izləyicilər özü qərar verəcək.

- Başqa təkliflər varmı? Təkcə bu serialla yekunlaşırsınız? Həm də cəmi bir seriyada çəkildiniz…

- Mən hazırda da İstanbuldayam və əlavə olaraq başqa bir serial çəkilişinə hazırlaşıram. Onun haqqında isə əlavə məlumat veriləcək.

- Sirr deyilsə, bəlkə özünüz burada elan edəsiniz?

- Bir müddət sonra TRT-də yayımlanacaq “Çıraq” serialında da rol almışam. Serial təqdim olunana yaxın ətraflı məlumatlar veriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!