Türkiyədə pandemiya ilə bağlı müvəqqəti dayandırılan beynəlxalq aviareyslər bu gündən bərpa edilib.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Türk Hava Yolları"nın (THY) İstanbuldan ilk beynəlxalq aviareysi bu gün yerli vaxtla saat 08.20-də Almaniyanın Düsseldorf şəhərinə olub.
İlkin mərhələdə reyslər İstanbul və Sabiha Gökçen hava limanlarından Böyük Britaniya, Niderland və Almaniyaya həyata keçirilir. pizza hut
Hazırda hava limanlarına yalnız bileti olan sərnişinlərin daxil olmasına icazə verilir. Ölkədə aeroportlar sosial məsafə qaydaları çərçivəsində fəaliyyət göstərir.
Telegram kanalımız