Türkiyədə bəzi təhsil müəssisələrində rus dili məcburi dərs olacaq

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə bəzi təhsil müəssisələrində rus dili məcburi dərs olacaq

Dünya

25 May 2021 01:57 1489


Türkiyədə turizm sənayesi üçün kadr hazırlayan təhsil müəssisələrində rus dili məcburi dərs olub.

Yenisabah.az xəbər verir ki, bu barədə respublikanın Mədəniyyət və Turizm naziri  Mehmet Nuri Ersoy bəyan edib.

“Türkiyəlilər rusiyalıları sevirlər. İki xalq arasında uzunmüddətli tarixi münasibətlər inkişaf edib. Rusiya vətəndaşları son üç-dörd ildə deyil, 20 ildən çoxdur intensiv şəkildə gəlirlər. Ölkəmizdə çoxları rus dilində danışır. Hətta turizmlə bağlı olan peşə məktəblərimizdə belə, rus dili artıq məcburidir”, - deyə o bildirib. Marqarita pizza

Bundan əvvəl bildirilmişdi ki, Türkiyə Rusiya vətəndaşları üçün koronavirusla bağlı zəruri PZR testi tələbini ləğv edə bilər./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!