Türkiyədə çevriliş hazırlığı? - MİT hərəkətə keçdi 

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə çevriliş hazırlığı? - MİT hərəkətə keçdi 

Maraqlı

06 İyun 2023 14:59 1494


Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) prezident seçkilərinin birinci turundan bir gün əvvəl çevriliş hazırlığı barədə məlumat alıb. 

Axar.az xəbər verir ki, bu barədə “Yeni Şəfəq” nəşri məlumat yayıb.

Məlumata görə, şənbə günü (13 may) saat 13:00-da (Bakı vaxtı ilə 14:00) dəniz piyadalarının S.T. adlı mayoru MİT-in Çanaqqaladakı regional bölməsinə gedib və bildirib ki, Türkiyədə 2016-cı ilin 15 iyun çevrilişinə cəhdin eynisi törədiləcək. Pepperoni pizza

Məlumata çox ciddi yanaşılıb. MİT, Milli Müdafiə Nazirliyi, Baş Qərargah və Prezident Administrasiyası məsələdən xəbərdar edilib.

Bütün kazarmalar və hərbi bazalarda növbə ilə axtarışlar aparılıb. Kazarmalara giriş-çıxış məhdudlaşdırılıb.

Sonradan məlum olub ki, məlumatı gətirən S.T. adlı şəxs yalan danışır, onun psixi problemləri var. Amma buna baxmayaraq, hərbi baza və kazarmalarda ehtiyat tədbirləri mayın 28-dək saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!