Türkiyədə dağıntılar altında qalan azərbaycanlı tələbənin qohumu danışdı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə dağıntılar altında qalan azərbaycanlı tələbənin qohumu danışdı

Maraqlı

07 Fevral 2023 12:20 1492


Ötən gün Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində dağıntılar altında qalan 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin xilas edilməsi barədə məlumatlar yayılıb. Lakin adları çəkilən tələbələrin harada olmasına dair xəbər verilməyib. 

Azərbaycanın Türkiyədəki səfirliyindən verilən məlumata görə isə həmin tələbələrlə bağlı hər hansı məlumat yoxdur. Onların dağıntılar altından çıxarılıb-çıxarılmadığı məlum deyil. 

Məsələ ilə bağlı Yenisabah.az-a Samir Quliyevin dayısı oğlu, təhsil eksperti Ramal Şəmşədli danışıb. O, tələbələrdən heç bir məlumat ala bilmədiklərini deyib:  Marqarita pizza

“Samir Quliyev doğmaca bibim oğludur. Tələbələrin xilas edilməsi ilə bağlı məlumatı Həbib Müntəzir adlı “Facebook” istifadəçisi yaymışdı. Biz isə dünən bildirdik ki, bu məlumat doğru deyil. Çünki biz həmin tələbələrlə əlaqə qura bilməmişik. Səfirliklə də əlaqə yaradırdıq onlar deyirdilər ki, bu doğru məlumat deyil. Ötən gün “Turgut Özal Tıp Merkezi Eğitim ve Araştırma Hastanesi”ndən uşaqların adını yoxlatdırdıq, orada adları çıxmadı. Bu gün də başqa bir xəstəxana deyiblər, uşaqlar orada da adlarını yoxlatdıracaq görək orada çıxacaqmı… 

Hələ ki, adıçəkilən 4 tələbədən məlumat alınmayıb. Azərbaycanlı tələbələrin də bəziləri axtarış gedən yerdədir, bəziləri isə bir-bir bütün xəstəxanaları gəzirlər ki, görsünlər tələbələrimiz haradadır. Bibim oğlu Samir Quliyev də axtarılan tələbələr içərisindədir, psixologiya fakültəsi 3-cü kurs tələbəsidir. Atası rəhmətə gedib, qardaşı da baş leytnantdır”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!