Türkiyədə son sutkada 62 606 nəfərin koronavirus testi pozitiv nəticə verib. Bu günə qədər 4 212 645 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi açıqlama yayıb.
Gündəlik statistikaya əsasən, son 24 saatda 288 nəfər COVID-19-dan dünyasını dəyişib. Bu infeksiyadan ölənlərin ümumi sayı 35 608 nəfərdir. Sezar pizza
Hazırda ölkə üzrə 533 303 aktiv koronavirus daşıyıcısı var ki, onlardan 3240 koronaviruslu xəstənin vəziyyəti ağırdır.
Telegram kanalımız