Türkiyədə daha bir klub çıxışını dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə daha bir klub çıxışını dayandırdı

İdman

10 Fevral 2023 14:01 792


Türkiyə 1-ci liqa təmsilçisi “Yeni Malatyaspor” yarışda çıxışını dayandırıb. 

Yenisabah.az “NTV Spor”un saytına istinadən xəbər verir ki, bu haqda klubun prezidenti Ahmet Yaman məlumat verib. 

Qeyd edək ki, Türkiyədə bu həftə baş verən güclü zəlzələ nəticəsində Malatya şəhəri də ciddi dağıntılara məruz qalıb.  Marqarita pizza

“Hazırkı vəziyyətdə liqaya davam etməyi düşünmürük. Futbolçu dostlarımız digər şəhərlərə yerləşib. Bazamız yararsız haldadır. Bizə 7-8 ay vaxt lazımdır. Ondan sonra qəti qərar verəcəyik” - deyə klub prezidenti “A Haber”ə bildirib. Onun sözlərinə görə, şəhərdə böyük dağıntı var: “İndi oyun keçirmək ağlımıza belə gəlmir. Liqadan çıxmaqla bağlı qərarı açıqlayacağıq”. 

Daha əvvəl “Yeni Malatyaspor”un baş məşqçisi Yılmaz Vural da liqada çıxışlarını dayandıracaqlarını bildirib. 

Xatırladaq ki, dünən Türkiyə superliqa təmsilçisi “Hatayspor”un zəlzələdəki zərərlə əlaqədar çempionatda çıxışı dayandırdığı açıqlanıb. Bu haqda Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi yerli mətbuata açıqlamasında deyib. O, "Qaziantep"in də çempionatı tərk etmək ehtimalının olduğunu bildirib: "Hatayspor" bununla bağlı TFF-yə məktub göndərib. "Qaziantep" də çempionatından çıxmaq istəsə, mövsümün qalan hissəsini 17 komanda ilə davam etdirəcəyik. Bu durumda Süperliqadan 4 yox, 2 komanda 1-ci liqaya düşəcək. 1-ci liqadan isə 3 komanda elitaya yüksələcək". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!