Türkiyədə dəhşət   - 9 nəfər yanaraq öldü

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə dəhşət - 9 nəfər yanaraq öldü

Rəsmi

09 Noyabr 2022 09:48 1086


Türkiyənin Bursa vilayətində dəhşətli yanğın olub. Hadisə nəticəsində azı doqquz nəfər ölüb.

Yenisabah.az xəbər verir ki, yanğın şəhərin Yıldırım rayonunda yerləşən üçmərtəbəli yaşayış binasında qeydə alınıb.

Hadisə ilə bağlı Bursa valisi Yakup Canbolat açıqlama verib. Bildirilib ki, yanğın binanın orta mərtəbəsində suriyalı ailənin yaşadığı mənzildə baş verib. Dominos pizza

İlkin məlumata əsasən, yanğında doqquz nəfər ölüb. Bir ailənin üzvü olduqları ehtimal edilən bu şəxslərdən səkkizi azyaşlı, biri isə qadındır. Qadının uşaqların anası olduğu ehtimal edilir.

Yanğının səbəbi hələlik məlum deyil. Araşdırma aparılır.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!