Türkiyənin Van bölgəsində baş verən qəzada mikroavtobusla yük maşını toqquşub. Nəticədə 6 nəfər həyatını itirib, 8 nəfər isə yaralanıb.
Oxu.Az İHA-ya istinadən xəbər verir ki, qəza Gürpınar ilə Başkale rayonları arasındakı Güzeldere tuneli yaxınlığında baş verib.
Yaralılar hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra ətraf xəstəxanalara yerləşdiriliblər. pizza hut
Qəza ilə bağlı istintaq işi başladılıb.
Telegram kanalımız