Türkiyədə Ermənistanın təxribatlarına qarşı aksiya - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə Ermənistanın təxribatlarına qarşı aksiya - Fotolar

Maraqlı

11 Oktyabr 2022 00:59 1207


Türkiyənin İstanbul və Ərzurum şəhərlərində ölkəmizin dövlət sərhədində Ermənistanın törətdiyi son təxribatlara etiraz məqsədilə dinc aksiyalar keçirilib.

Yenisabah.az xəbər verir ki, tədbirlər Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin “Karabakh is Azerbaijan” Milli Platformunun Türkiyə Koordinatorluğu və onun daxilində fəaliyyət göstərən “Qarabağ Azərbaycandır!” Koordinasiya Dərnəyi, eləcə də Diaspor Könüllüləri İctimai Birliyinin Türkiyə nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub. Aksiyalara həmvətənlərimizlə yanaşı pakistanlı gənclər də qoşulublar.

Azərbaycan, Türkiyə və Pakistan bayraqlarının dalğalandırıldığı aksiyalar zamanı “Qarabağ Azərbaycandır!”, “Azərbaycan sülh istəyir!”, “Ermənistan, hücumları dayandır!”, “Ermənistan faktları təhrif edir, dünya ictimaiyyətini aldadır!”, “Ermənistan, sülh müqaviləsini imzala!”, “Ermənistan sülhdən imtina edir, müharibəni seçir!” və sair şüarlarının əks olunduğu plakatlar nümayiş etdirilib. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!