Türkiyədə ev alan məşhurlarımız - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə ev alan məşhurlarımız - Fotolar

Şou

02 Sentyabr 2020 17:40 3272


Şou-biznes nümayəndələrinin əksəriyyəti ev-eşikləri ilə gündəmə gəlirlər. Bəziləri isə tək Bakıda yox, Türkiyədə də ev sahibidir.

Yenisabah.az-a Axşam.az-a istinadən qardaş ölkədə evi olan tanınmışları təqdim edir:

Xalq artisti Röya Ayxan uzun müddətdir İstanbuldan ev alıb. Müğənninin eyni zamanda anası da Türkiyədə yaşayır. Pepperoni pizza

Stilist Anar Ağakişiyev İstanbuldan ev alanlar sırasındadır. O, evinin təmir edildiyi haqda tez-tez sosial şəbəkədə paylaşımlar edir.  

Müğənni Samir Piriyev isə Bodrumda villa alıb.

Xalq artisti Tünzalə Ağayeva da Bodrumda villa alan tanınmışlar sırasındadır.

 

Müğənni Ayan Babakişiyeva isə İstanbulda bir neçə evə sahibdir. O, hazırda ailəsi ilə birlikdə Türkiyədə qalır.

Müğənni Zamiq Hüseynov da İstanbulda ev alıb. O, bir neçə ildir ki, orada əmlaka sahibdir. İfaçı tez-tez İstanbula məhz elə buna görə gedib-gəlir.

 

Müğənni Elton Hüseynəliyev də İstanbulda ev alıb. Sənətçi saytımıza açıqlamasında bildirib ki, mənzili hələ hazır deyil. Evi təhvil verildikdən sonra müğənni təmir edib, ora köçməyi düşünür.

Prodüser Tarix Əliyev (Tolik) İstanbulda bir neçə ay əvvəl ev alıb.

 

Müğənni Nazənin İstanbulda evə sahibdir. Sənətçi hər dəfə bunla bağlı sualları cavabsız qoyub, evini gizlətməyə çalışıb.  

Müğənni Aysel Əlizadə də İstanbuldan ev alıb. Son vaxtlar sənətçi günlərinin çox hissəsini Türkiyədə keçirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!