2023-cü ildə 254 azərbaycanlı kişi Türkiyədə ailə qurub.
Yenisabah.az Türkiyə Statistika İdarəsinə (TÜİK) istinadla xəbər verir ki, ötən il əcnəbi bəylərin sayı 6 min 345, əcnəbi gəlinlərin sayı isə 31 min 29 olub. Almanlar 21,9 faizlə birinci yerdə qərarlaşıb. Onlardan sonrakı yeri 19,2 faizlə suriyalılar və 5,1 faizlə avstriyalılar tutub.
Türkiyədə evlənən alman kişilərin sayı ötən il 1387 nəfər olub. Sonrakı yerləri isə Suriya (1219), Avstriya (326), Əfqanıstan (316) tutub. Ötən il 254 azərbaycanlı kişi Türkiyədə evlənib. pizza sifarişi
Əcnəbi gəlinlər arasında isə 12 faizlə özbək xanımlar birinci olub. Özbək gəlinləri 11,3 faizlə suriyalılar və 9,1 faizlə azərbaycanlı gəlinlər izləyib.
Telegram kanalımız