Türkiyədə evlərin qiyməti fantastik həddə artdı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə evlərin qiyməti fantastik həddə artdı

Maraqlı

16 Sentyabr 2022 17:45 1802


Türkiyənin Mərkəz Bankının məlumatlarına görə, Türkiyədə ev qiymətləri iyul ayında bir əvvəlki aya görə yüzdə 8, bir əvvəlki ilin eyni dövrünə görə isə yüzdə 173,8 faiz artıb.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mənzil qiymətləri real ifadədə 52,6 faiz artıb. İyun ayında mənzil qiymətləri illik müqayisədə 160,6 faiz artıb.

Türkiyədə bir evin kvadrat metrinin qiyməti iyul ayında 13 min 936 TL olub. Beləliklə, ölkə daxilində 100 kvadratmetrlik evin orta qiyməti 1 milyon 393 min 600 TL oldu. pizza sifarişi

Türkiyədə bir evin kvadrat metrinin qiyməti iyun ayında 13 min 140 TL, 100 kvadratmetrlik evin qiyməti isə ölkə üzrə orta hesabla 1 milyon 301 min TL olub.

İstanbulda mənzil qiymətləri iyul ayında bir əvvəlki ilin eyni ayına görə yüzdə 200,1 artıb Bu artım Ankarada 181 faiz, İzmirdə isə 162,2 faiz olub. Ölkə üzrə ən yüksək artım yüzdə 214,6 ilə Antalya, Burdur və Isparta bölgələrində olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!