Türkiyədə faciə ardınca faciə: Xilasedicilər dağılan binanın altında qaldılar - Video

Türkiyədə faciə ardınca faciə: Xilasedicilər dağılan binanın altında qaldılar - Video

Hadisə Saytların hazırlanması

06 Fevral 2023 19:12 2571


Türkiyədə baş verən 7,5 bal gücündə növbəti güclü zəlzələdən sonra Malatyada bir çox bina yenidən zərər görüb.

Yenisabah.az xəbər verir ki, Malatyada axtarış-xilasetmə işlərinə kömək edən deputat Vəli Ağbabanın sözlərinə görə, xilasedicilər də dağıntılar altında qalıblar.

“Dünən gecə uçan binanın düz yanında uçmayan bina var idi. Dağıntılar altından insanları çıxardıq. Təxliyədən təxminən 20 saniyə sonra uçmayan bina axtarış-xilasetmə işləri aparılan binanın üzərinə çökdü. Təəssüf ki, axtarış-xilasetmə qrupu dağıntılar altında qalıb”, - deyə o, “Twitter” hesabında bildirib.

/Oxu.az
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!