Türkiyədə FETÖ əməliyyatı - 56 hərbçi saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə FETÖ əməliyyatı - 56 hərbçi saxlanılıb

Dünya

23 May 2025 12:16 353


Türkiyədə FETÖ-yə qarşı apardığı istintaq çərçivəsində Hava, Quru və Dəniz Qüvvələri Komandanlığı və Jandarma Baş Komandanlığında fəal iştirak edən 63 şübhəli müəyyən edilib.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatı İstanbul Respublika Baş Prokurorluğu həyata keçirib.

Müvafiq olaraq, Hərbi Hava Qüvvələri Komandanlığından 8 nəfər, Jandarma Baş Komandanlığından 13 nəfər, Quru Qoşunları Komandanlığından 36 nəfər və Dəniz Qüvvələri Komandanlığından isə 6 nəfər saxlanılıb. Saxlanılanlardan 4-ü polkovnik, 8-i polkovnik-leytenant, 12-si mayor, 15-i kapitan, 24-ü kiçik zabit və mütəxəssis çavuşdur. 7 nəfərin axtarışları davam etdirilir. Dördpendirli pizza

Qeyd olunub ki, İstanbul Respublika Prokurorluğunun FETÖ/PDY silahlı terror təşkilatının fəaliyyətinin ifşası istiqamətində apardığı araşdırmalar çərçivəsində 6-sı fəal, 2-si təhsil dövründə vəzifəsindən uzaqlaşdırılan, 1-i isə xaric edilmiş 9 şübhəli polis əməkdaşı tutularaq saxlanılıb./BAKU.WS 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!