Türkiyədə genişmiqyaslı əməliyyat: Küçəyə çıxmaq qadağan edildi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə genişmiqyaslı əməliyyat: Küçəyə çıxmaq qadağan edildi

Rəsmi

10 Sentyabr 2021 13:37 1037


Türkiyənin Mardin şəhərində PKK terrorçularının polisi öldürdüyü bölgədə genişmiqyaslı əməliyyatlara start verilib.

Yenisabah.az xəbər verir ki, Mardin Valiliyi Artuklu rayonunun Yardere məhəlləsində küçəyə çıxmağı qadağan edib.

Bildirilib ki, terrorçuların məhv edilməsi və onların istifadə etdiyi sığınacaq və anbarların dağıdılması, silah-sursatın ələ keçirilməsi məqsədilə genişmiqyaslı antiterror əməliyyatları keçirildiyi üçün insanların təhlükəsizlik tədbirlərini nəzərə alaraq qərara uyğun davranması əhəmiyyət kəsb edir. pizza hut

Qeyd edək ki, adıçəkilən məhəllədə PKK terrorçuları ilə atışma zamanı bir polis nəfəri şəhid olmuşdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!