Türkiyədə güclü meşə yanğınları başladı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə güclü meşə yanğınları başladı

Rəsmi

25 İyul 2022 00:09 1482


Türkiyənin iki bölgəsində güclü meşə yanğınları başlayıb. 

“Report” “Haber Global”a istinadən xəbər verir ki, axşam saatlarında Kütahya bölgəsinin Emet rayonu Küreci kəndi yaxınlığındakı meşədə yanğın baş verib.

Küləyin təsiri ilə alov qısa müddətdə böyüyüb. Bölgəyə yanğınsöndürmə helikopteri və çoxlu sayda meşə təsərrüfatı işçisi göndərilib. pizza mizza

Digər yanğın Manisa əyalətinin Hasköy səmtində baş verib. Qısa müddətdə alov küləyin təsiri ilə əkinçilik sahəsinə və meşəyə yayılıb. Yanğını görənlərin xəbərdarlığı ilə rayona 7 yanğınsöndürmə helikopteri, 4 təyyarə və çoxlu sayda meşə təsərrüfatı işçisi göndərilib.

Hər iki meşə yanğınının səbəbi məlum deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!