Türkiyədə idmançı evində ölü tapıldı 

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə idmançı evində ölü tapıldı 

İdman

30 Avqust 2024 13:21 653


"Nilüfer" voleybol klubunun üzvü Pilar Mari Viktoriya Lopez Türkiyədə yaşadığı mənzildə ölü tapılıb. 

Yenisabah.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Pilar klubunun səhər məşqində iştirak etməyib. Voleybolçu ilə əlaqə saxlamaq mümkün olmayanda klub rəhbərliyi onun axtarışı üçün yaşadığı ünvana texniki heyət göndərib. Nəticədə idmançının həyat əlaməti olmayan cəsədi çarpayısında aşkar edilib.  pizza mizza

28 yaşlı puerto-rikolu voleybolçunun ölümünün dəqiq səbəbi hələlik məlum deyil. Bunu məhkəmə-tibbi ekspertizası müəyyən edəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!