Türkiyədə işini atıb Qarabağa gəldi - Universitetdə dərs deyəcək

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə işini atıb Qarabağa gəldi - Universitetdə dərs deyəcək

Sosial

07 Oktyabr 2025 12:08 554


Türkiyəli alim Dr. Hüsrev Kostacı Qarabağ Universitetində dərs deyəcək.

“Yeni Sabah” xəbər verir ki, bu barədə universitetin rektoru Şahin Bayramov “Facebook” hesabında paylaşım edib.

Onun sözlərinə görə, H.Kostacı 2025/2026-cı tədris ilində ali məktəbin Mühəndislik fakültəsində tədrislə məşğul olacaq. pizza hut

Ş.Bayramov bildirib ki, türkiyəli alimlə görüşüb. Görüş zamanı H.Kostacıya Qarabağ Universitetinin strateji hədəfləri və mühəndislik təhsili sahəsində əsas gözləntilər barədə məlumat verilib.

Türkiyəli alim Qarabağ Universitetində çalışmaqdan məmnunluq duyduğunu bildirib və Mühəndislik fakültəsinin formalaşdırılmasında fəal iştirak edəcəyini vurğulayıb.

Qeyd edək ki, H.Kostacı İstanbul 29 May Universitetində çalışıb.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!