Türkiyədə İsrailə dəstək olan futbolçu saxlanıldı 

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə İsrailə dəstək olan futbolçu saxlanıldı 

İdman

15 Yanvar 2024 13:51 791


Türkiyənin "Antalyaspor" klubunun israilli futbolçusu Saqiv Yehezkel saxlanılıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Buna səbəb onun Superliqanın son turunda "Trabzonspor"la keçirilən oyunda qol vurduqdan sonra İsrailə dəstək nümayişi olan jest etməsidir. Futbolçu qol sevincini bölüşərkən biləyində"100 gün... 7 oktyabr" yazısını göstərib ki, bu da İsraillə Fələstinin Qəzza bölgəsində apardığı müharibəyə işarədir.  pizza sifarişi

"Antalyaspor" isə 28 yaşlı müdafiəçinin komandadan kənarlaşdırıldığı və onunla müqaviləsinin ləğv edilməsi üçün işlərə başlanıldığını açıqlayıb. 

Türkiyə Futbol Federasiyası da yaydığı açıqlamada Saqiv Yehezkeli qınayıb və onun hərəkətinin yolverilməz olduğunu bildirib. 

Qeyd edək ki, 2023-cü ilin yayından "Antalyaspor"da çıxış edən İsrail millisinin üzvünün klubu ilə 2026-cı ilin iyununa qədər müqaviləsi var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!