Türkiyədə karantin qadağaları yumşaldıldı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə karantin qadağaları yumşaldıldı

Dünya

01 İyul 2021 07:09 797


Türkiyədə iyulun 1-dən etibarən karantin qadağaları yumşaldılır.

“Hürriyet” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Yeni qaydalara görə futbol oyunları izləyicilərin iştirakı ilə keçiriləcək. pizza mizza

Gecə saatlarında (24:00-dan sonra) əyləncə məkanlarında musiqi qadağası qaldırılır.

Eyni zamanda, gözəllik salonları, kafelər və restoranlar kimi iş yerlərində qəzet istifadəsinə də icazə veriləcək.

Türkiyəli nazir bildirib ki, bütün qadağaları qaldırmağın tərəfdarıyıq. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!