Türkiyənin “Gümüşhanespor” klubunun prezidenti Vahid Olgün silahlı hücuma məruz qalıb.
Yenisabah.az xəbər verir ki, hadisə ikinci liqa təmsilçisinin rəhbərinin otağında baş verib.
Axşam saatlarında klubun bazasına gələn iki şəxs Olgünlə görüşmək istəyib. Onun otağına daxil olduqdan sonra onunla mübahisə edən şəxslər tapança ilə atəş açıb. pizza mizza
Cinayətkarlar hadisə yerindən qaçmağa müvəffəq olub. Ağır yaralanan klub prezidenti xəstəxanaya çatdırılıb. Polis hadisə ilə bağlı araşdırmalara start verib. /Apasport.az
Telegram kanalımız