Xəbər verdiyimiz kimi, Türkiyədə çölə çıxmaq qadağası qoyulub.
Qadağanın bir neçə saat əvvəldən deyilməsi insanlar arasında təşviş yaradıb və onlar marketlər önündə əlbəyaxa davaya çıxıblar.
Yenisabah.az xəbər verir ki, bu haqda aparıcı Fira (Firuzə Cəlilova) özünün "İnstagram" səhifəsində görüntülər yayıymlayıb. O, qonşu ölkədə qadağanın anidən verilməsinin doğru olmadığını bildirib: Pepperoni pizza
"Türkiyədə 2 günlük küçəyə çıxma qadağası tətbiq olunub, amma maraqlısı odur ki, bu qərarı məhz bu gün 21:00-da veriblər. Qadağa da gecə 00:00-dan başlayır. Bu 3 saat sonra tətbiq olunacaq xəbər də millət arasında çaxnaşmaya səbəb olub. Xırda marketlərin qarşısında (böyük marketlər saat 9-a qədər işləyir) davalar, qarışıqlıqlar, qırğınlar başlayıb. Düşünürəm ki, bu dönəmi bizim hökumət çox sistemli və sərras idarə edir. Qadağaların tətbiq müddəti, onların açıqlanma günləri və xəbərdarlıqlar, polisin və hərbiçilərin icra mədəniyyəti çox yüksək səviyyədədir. (İstisnalar vəzziyyəti dəyişmir). Eyni ilə də xalqın bütün məsələlərə təmkinli və səlis yanaşması, heç bir hay-küy və qarışıqlığa yol verməməsi isə sözün əsl mənasında alqışa layidir".
Qeyd edək ki, bu hal Türkiyənin bir sıra şəhərlərində yaşanıb. Ölkənin 31 şəhərində 2 gün küçəyə çıxma qadağası qoyulub. Türkiyə başçısının anidən belə qərar verməsi sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız