Türkiyədə “komendant saatı” tətbiq olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə “komendant saatı” tətbiq olunacaq

Rəsmi

29 Mart 2021 21:35 1830


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkə hökumətinin iclası keçirilib.

Yenisabah.az xəbər verir ki, üç saat yarım davam edən toplantıdan sonra dövlət başçısı mətbuata açıqlamalar verib.

O bildirib ki, ölkədə koronavirusla bağlı vəziyyətin kəskinləşməsi fonunda bir sıra məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub. pizza mizza

“Əlimizdəki məlumatlar və etdiyimiz araşdırmalara əsaslanaraq qəbul etdiyimiz qərarları bu gün xalqımızla paylaşmaq istərdim. Bütün Türkiyə ərazisində hər gün axşam saat 21-dən səhər saat 5-dək küçəyə çıxma qadağası tətbiq olunacaq.

Qırmızı kateqoriyadan olan bölgələrimizdə şənbə və bazar qadağaları da qüvvədə qalacaq. Ramazan ayı boyunca şənbə-bazar qadağaları bütün ölkəyə şamil olunacaq.

Restoran və kafelərə tutumunun 50%-i qədər müştəri buraxılacaq. Ramazan ayında isə bu obyektlərin yalnız çatdırılma yolu ilə xidmətinə icazə veriləcək. Kütləvi sahur və iftar süfrələri də qadağan olunacaq”, - deyə Ərdoğan bəyan edib. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!