Türkiyədə 601 səhiyyə işçisinin koronavirusa yoluxduğu məlum olub.
Yenisabah.az xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca açıqlayıb:
“Ümumdünya Səhiyyə Təşkilatı aşkarlanan halların 10%-nin səhiyyə işçilərində qeydə alındığını açıqlayıb. Bizdə belə faiz yoxdur. Ölkəmizdəki sayı demək heç ürəyimcə olmasa da, bildirməliyəm ki, 601 tibb işçisi koronavirusa yoluxub. Səhiyyə işçilərimizi qorumaq üçün əlimizdən gələni edirik” pizza hut
Qeyd edək ki, Türkiyədə koronavirus qurbanlarının sayı 277 nəfərə çatıb. Ölkədə virusa yoluxanların sayı isə 15,6 mini ötüb.
Telegram kanalımız