Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 117 nəfər ölüb.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 22 216 nəfər COVID-19 infeksiyasına yoluxub. pizza sifarişi
Bu gün 19 494 nəfər sağalıb, ağır xəstə sayı isə 1 644 olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 3 035 338 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 2 844 681 nəfər sağalıb, 30 178 nəfər isə ölüb.
Telegram kanalımız