Türkiyədə son sutka ərzində 2 102 nəfərə COVID-19 diaqnozu qoyulub.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca rəsmi Tvitter hesabında açıqlama verib. Onun sözlərinə görə, ölənlərin sayı isə daha 71 nəfər artıb. Beləliklə, yoluxanların sayı 355 528-ə, ölənlər isə 9 584 nəfərə yüksəlib. 1 599 nəfər reanimasiyada müalicə edilir. Gün ərzində 117 198 test tətbiq olunub ki, bununla da bu günədək tətbiq olunan testlərin sayı 12 875 267-yə çatıb.
Qeyd edək ki, Türkiyədə ümumilikdə 310 027 xəstə sağalıb. Dominos pizza
Telegram kanalımız