Türkiyədə koronavirusdan ölənlərin sayı 92 nəfərə çatdı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə koronavirusdan ölənlərin sayı 92 nəfərə çatdı

Rəsmi

27 Mart 2020 22:12 783


Türkiyədə koronavirusdan ölənlərin sayı 92 nəfərə çatıb.

Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, bu gün 17 koronaviruslu xəstə ölüb və son 24 saatda 75 030 şübhəli koronavirus analizindən keçib, onlardan 2069-nun cavabı pozitiv çıxıb. Ümumlikdə ölkədə 5698 nəfər yeni növ koronavirusa yoluxub. pizza sifarişi

F.Qoca qeyd edib ki, xəstəliyə yoluxma sayı sürətləndiyinə görə, Elm Qurum Türkiyədə şəhərlərarsı səyahətlərə məhdudiyyət qoyulması və şəhərlərin izolyasiya olunması ilə əlaqədar təkliflər irəli sürüb, hazırda bu təkliflər ölkə başçısına təqdim olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!